19 Fevral 2021
13:59
14210

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti iclası fevralın 23-də keçiriləcək. 

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

 

İclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasda Azərbaycan Respublikasının Mülki, Əmək, Ailə, Vergi, İnzibati Xətalar məcəllələrində, "Yol hərəkəti haqqında”, "Dövlət rüsumu haqqında” və "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliklər müzakirə ediləcək. 

Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi də müzakirəyə çıxarılacaq.

 

İslahat.az