11 İyun 2021
14:29
22581

Milli Məclisdə əlillik təyinatı barədə fikirlər haçalandı: Həsənquliyev komitə sədrini tənqid etdi

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev əlillik təyinatı ilə bağlı 60 qanuna təklif edilən dəyişikliklərə münasibət bildirib. 

İslahat.az-ın məlumatına görə, Q.Həsənquliyev deyib ki, qanunlara dəyişiklik üçün təklif olunan layihələr bəzi suallar yaradır.

"Mən sual edirəm, qanunlara dəyişikliklər qəbul edildikdən sonra, bir insan II, III qrup əlil dərəcəsi almaq istəyirsə, onun orqanizminin neçə faizi fəaliyyətini itirməlidir? Bu məsələ qanun layihələrində yazılmayıb”, - deyə Q.Həsənquliyev əlavə edib.

Deputat Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikirlərini də tənqid edib: 

"Qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı Musa Quliyev dedi ki, dəyişikliklərdən sonra Azərbaycanda əlillərin sayı arta bilər. Bu gün isə deyir ki, ola bilsin artacaq. Mən isə deyirəm: Azala bilər, ola bilsin ki, azalacaq. Məsələlər aydınlaşdırılmalıdır”.

Millət vəkili qeyd edib ki, bu qanun layihələrinin lehinə səs vermə bilməz. 

İslahat.az