Milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ilin 12 noyabr tarixində keçirilmiş
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi,
1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin
əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.
Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya
ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil
Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi
qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla,
qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və
mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli
liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası
tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi
bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul
edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik.
Ümummilli Liderimiz Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli
ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın
tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu
günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi
mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların
hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
158 maddədən ibarət olan Konstitusiyanın 48 maddəsi bilavasitə insan
hüquqlarına və onların təminatlarına həsr edilmişdir və bir çox beynəlxalq
hüquqi sənədlər Azərbaycan Respublikası Konstitusiyasının insan hüquq və
azadlıqlarını təsbit edən üçüncü fəslinin əsasını təşkil etmişdir.
Konstitusiyamız həmçinin, Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və
unitar respublika olduğunun da əvəzsiz təminatçısı kimi çıxış edir. Müstəqil və
səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılmasında mühim rol oynayan
Konstitusiyamız müasir demokratiyanın başlıca prinsiplərindən biri hesab edilən
hakimiyyət bölgüsü prinsipini də özündə əks etdirir. Qeyd etmək lazımdır ki,
Konstitusiyanın qəbulu azad bazar iqtisadiyyatına keçidin hüquqi əsasını qoymuş
və həmçinin, sosial dövlətçilik istiqamətində islahatların həyata
keçirilməsində mühüm rol oynamışdır.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
Ulu ÖndərHeydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı
Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını,
vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu,
mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini
müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm
ictimai-siyasi hadisədir.1991-ci il 18 oktyabr tarixində "Azərbaycanın dövlət
müstəqilliyi haqqında Konstitusiya aktı” qəbul olundu və dövlət müstəqilliyi
əldə edildi. Yeni Konstitusiyanın işlənib hazırlanması və qəbul edilməsi
müstəqillik əldə edildikdən sonra Azərbaycan dövlətinin qarşısında duran ən
mühüm və başlıca vəzifələrdən biri olmuşdur. Azərbaycan xalqı yalnız 18 oktyabr
1991- ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk həqiqi
Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. Bundan sonra konstitusiya
layihəsini hazırlamaq üçün 2 komissiya yaradılsa da, faktiki olaraq, heç bir iş
görülməmişdi. Yalnız Ümummilli lider Heydər Əliyevin 15 iyun 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra konstitusiya quruculuğu sahəsində də böyük işlər
görülmüşdür. Ulu öndərin sədrliyi ilə konstitusiya layihəsi hazırlanmışdır.
Belə ki, 2 may 1995-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi yeni
Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibini təsdiq etdi. Dövlət
komissiyası ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiyanın
layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə verilmək üçün 1995-ci
il oktyabrın 15-də mətbuatda dərc edildi. Azərbaycan ictimaiyyəti yeni
Konstitusiya layihəsinin müzakirəsində böyük fəallıq göstərərək Konstitusiya
layihəsinə 2450 təklif verdi. Səsvermədə iştirak etmiş 3.566.277 seçicidən
3.267.538 nəfəri, yəni 91,9 faizi təklifə "Hə” cavabını verdi. Beləliklə, 12 noyabr
1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan
Respublikasının ilk konstitusiyası qəbul edilmiş və 27 noyabr 1995-ci ildə
ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir.
Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş
hüquqları və azadlıqlarına həsr edilmişdir. Konstitusiya qəbul edilən gün –
noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında
demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik
tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu ÖndərHeydər Əliyevin
1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya
Günü kimi qeyd edilməyə başlandı.
Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki
Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə
təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və
əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan
hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada
bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra
hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində
göstərilir ki, Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri
çərçivəsində müstəqildirlər.
Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında
birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın
müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil
dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa qanun
və qərar qəbul etmişdir.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır
Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması
etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi
ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin
hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli
özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən
normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.
Ulu öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində
gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Konstitusiyanın qəbulu
dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun
daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi
qiymətləndirilməlidir.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq
edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm
qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin
mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və
hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
Azərbaycan Respublikasının Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf
istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil
edən ideya və dəyərlər geniş şəkildə öz əksini tapmışdır: dövlətin və
cəmiyyətin hüquqla sıx bağlılığı; insan şəxsiyyətinə və ləyaqətinə hörmət;
dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması vasitəsilə
xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı; insan
hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu; siyasi sistemdə
plüralizmə təminat verilməsi; sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə
sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması və sair.
Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır.
Konstitusiya bir "ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasındakı
münasibətləri müəyyən edir. İnsan hüquqlarının prioritetliyini konstitusion
kateqoriyaların Konstitusiyanın strukturunda əks olunan ardıcıllıqdan da
müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra ən
birinci və böyük bölmə insan haqlarına və vəzifələrinə ayrılıbdır.
Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, "insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”.
Sevindirici haldır ki, bu gün ölkəmizdə Heydər Əliyev siyasi məktəbinin layiqli
davamçısı ölkə Prezidenti İlham Əliyev dövlətçilik kursunu uğurla davam
etdirir. Ölkədə cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən
islahatlar aparılır və hakimiyyətin bütün qolları bu prosesdə fəal iştirak
edir. Bütün bunlar, həmçinin milli səviyyədə formalaşmış əlverişli ictimai,
siyasi, hüquqi və iqtisadi mühit gənc Azərbaycan dövlətinin parlaq gələcəyinə
olan inamı daha da artırır.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbycan Ordusu 30 ildir
işğalda olan torpaqları azad etdi. Ölkəmiz Konstitusiya gününü bütöv Azərbaycan
olaraq qeyd edir.
Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri
Hər bir dövlət haqqında təəssürat həmin ölkənin Konstitusiyası ilə tanışlıqdan başlayır
Yeni Konstitusiya layihəsinin hazırlanması kimi çox ciddi və
məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürərək bununla bağlı yaradılmış
xüsusi Komissiyaya şəxsən rəhbərlik edən Ümummilli lider Heydər Əliyev
xalqımızın milli mənəvi dəyərlərini, ümumbəşəri demokratik prinsipləri rəhbər
tutaraq müasir Konstitusiyanı yaratmaqla hüquqi dövlətin Azərbaycan modelini
gerçəkləşdirmişdir.
Ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən və ali hüquqi qüvvəyə
malik olan Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri –
qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya
nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmin olunması dövlətin
ali məqsədi kimi bəyan edilmiş, hər bir insanın hüquq və azadlıqlarının
müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında mühüm vəzifə
kimi qoyulmuşdur.
Əsas qanunun qəbulundan sonra ümummilli liderin rəhbərliyi ilə ictimai həyatın
bütün istiqamətləri üzrə, xüsusilə hüquq sahəsində köklü islahatlara
başlanılmış, yeni məhkəmə sistemi formalaşdırılmış, demokratik dövlətə xas olan
təsisatlar, o cümlədən konstitusiya nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi
yaradılmışdır. Eyni zamanda, dövlətin cəza siyasətində əsaslı dəyişikliklər
edilərək cinayət cəzalarının icrası funksiyası Ədliyyə Nazirliyinə verilmiş,
ölkəmizdə Əfv institutu bərpa olunmuş, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv
edilmişdir.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında
əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin
firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və
təhlükəsizliyin bərqərar edilməsini istəyir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının bəyan olunma dərəcəsinə görə
Azərbaycan Respublikasının Konstitusiyası 1948-ci il tarixli "Ümumdünya İnsan
Hüquqları Bəyannaməsi”, "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi
Haqqında” 1950-ci il tarixli Avropa Konvensiyası, "İqtisadi, sosial və mədəni
hüquqlara dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, "Mülki və siyasi hüquqlara
dair 1966-cı il tarixli Beynəlxalq Pakt”, "Mülki və siyasi hüquqlara dair Beynəlxalq
Pakta” 1966-cı il tarixli fakültativ protokol, Avropada təhlükəsizlik və
əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1975-ci il tarixli Yekun aktı da daxil
olmaqla beynəlxalq – hüquq standartlarının bütün tələblərinə cavab verir.
İnsan hüquqları sahəsində tənzimləyici milli mexanizmlərin təkmilləşdirilməsi
işi davam etdirilmiş, ölkəmiz bu sahədə mühüm beynəlxalq sənədlərə qoşulmuş,
konvension normaların implementasiyası baxımından "Azərbaycan Respublikasında
insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24
dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun böyük əhəmiyyəti olmuşdur.
Hesab edirik ki, müasir dünyamızda gedən hazırki proseslər, beynəlxalq
səviyyədə mövcud olan ikili standartlar, kütləvi insan tələfatlarına gətirib
çıxaran ekstremizm tendensiyaları bütün mütərəqqi qüvvələri insan haqlarının
müdafiəsi, pozulmuş hüquqların bərpası, qaçqın və məcburi köçkün məsələlərinə
xüsusi diqqət yetirilməsinə səfərbər etməlidir. Qeyd etməliyəm ki, bu baxımdan
"Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun qəbulu da əhəmiyyətli
olmaqla, ölkəmizdə tolerantlıq və multikulturalizm mühitinin daha da inkişafına
öz töhfəsini verəcəkdir.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə, 1995-ci ilin 12 noyabr tarixində keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. Xalqın iradəsi və demokratik prinsiplər əsasında qəbul edilən Konstitusiya ümumilikdə ölkəmizin tarixinin 4-cü konstitusiyası olsa da, müstəqil Azərbaycanımızın ilk Konstitusiyasıdır. 1995-ci il noyabrın 27-də hüquqi qüvvəsini alan Konstitusiya dövlətimizin ən ali qanunu olmaqla, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd olmuşdur. Qeyd etmək zəruridir ki, Konstitusiyamız Ümummilli liderimiz Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyası tərəfindən hazırlanmışdır. Konstitusiyanımızın məhz Ulu Öndərimizin dərin elmi bilikləri, uzaqgörənliyi və həyata keçirdiyi islahatların nəticəsi olaraq qəbul edildiyini vurğulamağı xüsusilə vacib hesab edirik. Ümummilli Liderimiz Heydər Əliyev öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş təsbit olunmuşdur.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Yeni Konstitusiyanın qəbulu davamlı inkişafın əsasını qoydu
1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq
Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan
Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində
olduğu dövrə düşür və SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.
Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 22 il
keçir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya
1995-ci il noyabrın 12-də keçirilmiş referendum yolu ilə qəbul edilib.
Referendumda seçicilərin 86 faizi iştirak edib və onların 91,9 faizi Əsas
Qanunun qəbul edilməsinin lehinə səs verib.
1995-ci il 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd
olunur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən əhəmiyyətli hadisələrindən
biri olub, eyni zamanda Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən biridir. Müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib.
Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru
Milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiya
Müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik
inkişafa təminat verən, cəmiyyətin sosial, mədəni, iqtisadi sahələrində köklü
dəyişklik yaradan, sovet konsititutsiaysından fərqli olaraq insan və vətəndaş
hüquqlarına fərqli mövqedən yanaşan müstəqil Azərbaycan Respublikasının
Konstitiusiyası 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul
olunmuşdur və fəxrlə deyə bilərik ki, bu Konstitusiyamızın müəllifi məhz
ümummilli liderimiz Heydər Əliyevdir.
"Konstitusiya yaratmaq üçün, şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq,
amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratikdövlətlərinin əldə
etdiyinailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”-deyən
Ulu Öndər Heydər Əliyev konstitusiyaçı alim kimi bu sahədə bütün problemləri
öyrənərək və görkəmli filosofların elmi irsinə mükəmməl yiyələnərək Azərbaycan
Respublikasının ilk milli konstitusiyasını yaratdı. 1995-ci il noyabrın 12-də
keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91, 9
faizi Konstitusiyanın qəbul olunması lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu
1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın
qəbuludövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində
nüfuzunundaha da artması baxımından mühüm bir hadisə idi.
Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq
edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoyması
idi. Əsas Qanunumuz dünyada elə nadir konstitusiyalardandır ki, burada
demokratik hüquqidövlətin bütün prinsipləri -qanunun aliliyi, insan
hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri
təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan
edilmişdir.
Şəhla Eminova –əməkdar müəllimə
Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi
1918-1920 -ci illərdə illərdə 23 ay davam edən Azərbaycan Xalq
Cümhuriyyəti Əsas Qanunu qəbul edə bilməsə də, müstəqillik tariximizdə mühüm
rol oynadı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Demokratik
Respublikasının müstəqillik tarixində oynadığı roldan bəhs edərkən
demişdir:”1918-ci ildə yaranmış Azərbaycan Demokratik Cümhuriyyətibizim milli
sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər
də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük
nailiyyətləridir. Məhz bunlar hamısıbirlikdə indiki müstəqil Azərbaycanın həm
iqtisadi, həmintellektual, həm də mədəni potensialını yaradıbdır”.
İlk konstitusiyanın yaranma tarixi sovet dövrünə düşür, belə ki, Azərbaycanın
ilk konstitusiyası 1921-ci il mayın 19-da Ümumazərbaycan Sovetlər Qurultayında
qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də 4-cü
Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul
olunub. 1927 -ci il martın 26-da 5-ci Ümumazərbaycan Sovetlər Qurultayında
Azərbaycan SSR-nin növbəti konstitusiyası təsdiq edilib. 1937-ci il martın 14
-də 9-cu Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni
konstitusiyası qüvvəyə minib. Müxtəlif illərdə konstitusiyada dəyişikliklər
edilsə də, bütün bunlar Azərbaycan üçün formal bir xarakter daşıyırdı.
1977-ci ildə SSRİ yeni konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR -in
konstitusiya layihəsi yenidən hazırlanıb. 1978-ci il aprelin 2-də həmin layihə
ilə əlaqədarAzərbaycan SSRİ Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli lider
Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada
verilib"Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan
dilidir”
Dövrdən asılı olmayaraq, Ulu Öndər hər zaman ölkəsi, xalqıüçün əzmləçalışaraq,
ölkəsinin, xalqının gələcəyini qurub. Yeni, mütərəqqi Konstitusiyamıza əsaslana
nmükəmməl hüquq sistemini yaradan Ulu Öndər hakimiyyət bölgüsünün əsas
prinsiplərini müəyyənləşdirdi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının
müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları üzərində başlıca vəzifə
olaraq qoydu.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında Ulu Öndər Heydər Əliyevin rolu
Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul olunmuş
Konstitusiyası müstəqil Azərbaycanın qəbul olunmuş ilk konstitusiyasıdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti
yarandı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya
yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. 1995-ci il
noyabrın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olundu.
1993-cü ildən 1995-ci ilə kimi olan dövrdə ümummilli lider ölkədə siyasi
sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin təmin
edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının alınması,
iqtisadiyyatın bərpası ilə bağlı addımların atılması, xarici investorların
Azərbaycana cəlb edilməsi, bütün bu kimi vəzifələrin öhdəsindən gələ bildi. Və
təbii ki, dövlətin qarşısında duran bu əhəmiyyətli məsələləri həll etdikdən
sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın
qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün
proseslər məhz onun əsasında tənzimlənməlidir. Bu reallıqdan çıxış edərək
ümummilli lider Konstitusiya komissiyası yaratdı. Prosesi tam öz nəzarətində
saxladı, ideyalarını verdi, istiqamətləri müəyyənləşdirdi. Nəticə etibarilə,
1995-ci ildə noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul
edilməsinə nail oldu. Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından
biri sayılır.
Vəfa Xəlilli – Gəncliyə Dəstək ictimai birliyinin sədri
KONSTİTUSİYA VƏ MİLLİ İDEOLOGİYANIN VƏHDƏTİ
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycanın
Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və
demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət
edən dəyərlər sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına
gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli
lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev hələ Sovet
dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün
həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər
qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda,
təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi
dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib. Həmin
dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların
təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib
sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki
soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə
əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır.
Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.
İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və
bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən
qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş
və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmlənməsinə və inkişafına yönəlib.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini
tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin
nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı
sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan
xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar
sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya
sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.
Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik
inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı
təşəkkül tapıb. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq
dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi
və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini
formalaşdırmaqdır.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu
kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq
ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur.
1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən
mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu
konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik
inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi,
sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva
edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu
oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının
əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına
cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu.
Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: "Müstəqil Azərbaycan
dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması,
əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli
ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, "biz, ilk növbədə, bütün
xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında
birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə
sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas
Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl
dövlətçilik maraqları – güclü Azərbaycan dövlətinin yaradılması və bütün
sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik
və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə –
millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan,
milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və
təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi
ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst
düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara
bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal
insanlar kimi görürdü. Ümummilli lider deyirdi: "Biz elə bir nəsil
yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün
dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə
sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni
zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.
Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdı
Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək üçün xalqın böyük
təkidi ilə hakimiyyətə dəvət edilən Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik
etməsi, böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlarla
yanaşı, qanunların aliliyini təmin edən, hüquqi. dünyəvi dövlət quruculuğuna
yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
İstər əsrin əvvəllərində cümhuriyyət dönəmində, istərsə də müstəqilliyimizin
ilk dövrlərində dövlətçiliyimizin hüquqi əsaslarını yaratmaq mümkün olmamışdır.
Ölkədə yaşanan xaos, siyasi pərakəndəlik bu kimi mühüm addımların atılmasını
əngəlləmişdir.
1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi və təşkilatçılığı ilə
Konstitusiya komissiyası formalaşdırıldı. 12- noyabrda ümumxalq səsverməsinə
çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilərək noyabrın 27-də hüquqi
qüvvəyə mindi.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən ,cəmiyyətin
siyasi, sosial, mədəni, iqtisadi sistemlərini özündə birləşdirən, dövlət
idarəçiliyində hüquqi baza rolunu oynayan mühüm bir sənəd idi.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
İnsan hüquqlarının aliliyini müəyyən edən-Konstitusiya
Konstitusiya dövlətin ali qanunudur və ali hüquqi qüvvəyə
malikdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin
əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və
zəmanət verir. Müasir dövrdə hüquqi termin kimi işlədilən "konstitusiya” sözü
dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı
mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri
tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və
dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial,
hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır.
Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında
məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən
dövlətə məxsusluğu ilə bağlıdır. İnsan hüquqları və azadlıqlarının təsbit
olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm
yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası
Konstitusiyasında öz əksini tapır.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan
hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin
əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın
yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan
ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycan
Respublikasının Konstitusiyası insan hüquqlarına dair beynəlxalq standartlara
tam uyğunluğunun təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin insan
hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə
işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı
əlaqələrin inkişaf etdirilməsi kimi mühüm amillərə xidmət edir. İnsan hüquq və
azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir
prinsip kimi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunur və hər
kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları
vardır. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və
qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara
əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün
təminatlı qanunvericilik bazası yaradır.
Vəfa Bayramova – Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru
İslahat.az