16 Sentyabr 2021
11:05
20410

Mikayıl Cabbarov sabiq müşavirinə yeni vəzifə verdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müşavirinə yeni vəzifə verib.

Nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib. 

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müşaviri təyin olunub. 

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

İslahat.az