10 Mart 2022
15:24
21234

Mikayıl Cabbarov britaniyalı rəsmilərlə qarşılıqlı investisiyaların təşviqini müzakirə etdi

İqtisadiyyat Nazirliyi ilə Böyük Britaniyanın Azərbaycanda Ticarət və Sənaye Palatası arasında işçi qrupunun ilk iclası keçirilib.

İslahat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” hesabında paylaşım edib.

"İqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, vergitutma və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.

İslahat.az