30 Avqust 2021
16:28
21382

Məşhur müğənni koronavirusdan öldü - FOTO

COVİD-19 daha bir məşhurun ölümünə səbəb olub.
 
İslahat.az bildirir ki, ingiltərəli ifaçı Markus Birks  ötən gün dünyasını dəyişib. Bu barədə onun həyat yoldaşı Liz Birks sosial şəbəkə hesabında paylaşım edib: 
"Ruhum və dünyam yıxıldı. Övladımıza atasının onu nə qədər sevdiyini hər gün danışacam”.

İfaçının həyat yoldaşı Markusun nadir hallarda xəstələndiyini və koronavirusa görə narahat olmadığını deyib. 

Xatırladaq ki, müğənni ayın əvvəlində "BBC”yə müsahibəsində peyvəndləmənin əleyhinə olduğunu demişdi. Virusa yoluxandan sonra 40 yaşlı Markus vaksinlə bağlı dediklərinə peşman olduğunu bildirmişdi.
 
 
İslahat.az