07 Dekabr 2020
11:21
4229

Məşhur fotoqraf Ağdam teatrının qarşısındakı heykəlin aqibətindən yazdı - FOTO

Dünya şöhrətli fotoqraf Reza Deqati işğaldan azad edilmiş Ağdam şəhərindən yeni foto paylaşıb.

İslahat.az xəbər verir ki, fotoqraf sosial media hesabında paylaşdığı fotoya belə şərh əlavə edib: 

"Bu heykəli əvvəl olduğu yerdən - Ağdamdakı teatr binasının qarşısından təxminən bir kilometr uzaqda tapdım. Erməni işğalçıları tərəfindən məhv edilmiş heykəlin qalıqları şəhər boyu səpələnib. Heykəlin başını tapa bilmədim”.

 

İslahat.az