22 Sentyabr 2021
15:37
23181

Məşhur aktrisa ad günü tortunu üfləyərkən saçlarını yandırdı - FOTO

Amerikalı dizayner və aktrisa Nikol Riçinin doğum günündə başına inanılmaz hadisə gəlib.
 
İslahat.az bildirir ki, 40 yaşını qeyd edən aktrisa ad günü tortunun üzərindəki şamları üfləyərkən yanmaq təhlükəsi ilə üzləşib. Belə ki, onun saçları alovlanmağa başlayıb. Nikolun ətrafındakı ailə üzvləri və yaxınları da baş verənlərdən şoka düşərək qışqırmağa başlayıblar. Bir neçə saniyəlik çaşqınlıqdan sonra ulduzun saçlarındakı alov söndürülüb. Ardınca doğum günü məclisi davam edib.

Riçi həmin anların görüntülərini sosial şəbəkə hesabında paylaşıb. 

İslahat.az