05 Yanvar 2021
15:01
12307

“Mənim evim Şuşa” Rusiyada dərc edildi - FOTO

Həmyerlimiz, rusiyalı yazıçı Sabit Əliyevin "Mənim evim Şuşa” adlı kitabı Rusiyada işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, tanınmış stomatoloq və Moskva klinikalarının birinin baş həkimi Sabit Əliyev "Mənim evim Şuşa” povestində Qarabağda müharibəni yaşamış və doğma yerləri tərk etmək məcburiyyətində qalan ailələrdən birinin tarixçəsindən söhbət açır.

Əsərin baş qəhrəmanı Azərbaycanın dağ kəndində doğulmuş bir gəncdir. O artıq yaşa dolub, tanınmış yazıçıdır, lakin ötən illər onun yaralarını sağalda bilməyib, hələ də dünyaya balaca oğlanın gözləri ilə baxır.

 

Sabit Əliyevin öz kitabını başa çatdırması ilə demək olar ki eyni vaxtda Şuşa və Qarabağın digər şəhərləri işğaldan azad edilib. Bu fakt sanki müəllifin uzaqgörənliyinə dəlalət edir.

Müəllif vurğulayır: "Biz uzun müddət rahat nəfəs ala bilmirdik. Lakin artıq bu gün bizim evimiz Şuşa azaddır və artıq hər birimiz rahat nəfəs ala bilərik”.

Sabit Əliyevin kitabı "LitRes”, "Labirint”, "Mybook”, "Bookmate” və digər rusdilli kitab portallarından oxumaq üçün əlçatandır.