23 Noyabr 2020
18:52
5268

“Məlahətli Ana” UYİB yardım aksiyası keçirib - FOTOLAR

"Məlahətli Ana” Uşaqlara Yardım İctimai Birliyi (UYİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-ci il birinci Qrand müsabiqəsinin qaliblərindən olub.

İslahat.az xəbər verir ki, qrand müsabiqəsi çərçivəsində "Məlahətli ana" UYİB "Aztəminatlı ailələrə sosisal yardımın təşkili” layihəsini həyata keçirib. 4 ay müddətində icra olunan layihə aztəminatlı ailələrə, Qarabağ qazilərinə, tənha və kimsəsiz insanlara, şəhid və əlillərə birdəfəlik yardım nəzərdə tuturdu.

Karantın rejimi səbəbi ilə dövlətimizin ehtiyacı olan vətəndaşlara qayğısı işinə tövhə olan layihə yüzlərlə insanın sevincinə səbəb olub. Bələ ki, layihənin icra proqramına uyğun olaraq "Araz" Supermarketlər şəbəkəsindən 50 manatlıq hədiyyə kartı 67 ailəyə təqdim olunub.

Mövcud Koronovirus Pandemiyası dövründə həssas təbəqədən olan vətəndaşlara yardımların edilməsi işinə tövhə verdiyi üçün İctamai Birlik Dövlət Şurasına öz adından təşəkkürünü bildirir.

İslahat.az