16 Yanvar 2021
12:04
16639

Məktəblərlə bağlı qərar nə vaxt veriləcək? - AÇIQLAMA

Məktəblərlə bağlı yumşaldılmaya gediləcək və bu barədə məlumat gələn həftə Təhsil Nazirliyinin keçirəcəyi brifinqdə elan olunacaq.

İslahat.az-ın məlumatına görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib. 

 

O bildirib ki, bu istiqamətdə də karantin qaydalarında yumşaldılmalar olacaq.

 

İslahat.az