21 Yanvar 2022
13:33
21854

Məktəb-Lisey Kompleksində əyani tədris yenidən bərpa olunub

Məktəb-Lisey Kompleksində əyani tədris yenidən bərpa olunub.

İslahat.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, məktəb-liseyin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”.

İslahat.az