14 Dekabr 2021
15:20
22247

Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi medianın inkişafına xidmət edən önəmli təşəbbüsdür

Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi medianın inkişafına xidmət edən önəmli təşəbbüsdür

Xalqımızın tarixi qələbəsilə başa çatan Vətən müharibəsindən az sonra Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalaması, ölkəmizdə Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında” qanun layihəsinin hazırlanması barədə dövlətimizin başçısının tapşırıq verməsi milli informasiya məkanında davamlı inkişafın dövlətimiz üçün prioritet təşkil etdiyini göstərir.
Şübhəsiz ki, media islahatları, "Media haqqında” qanun layihəsinin hazırlanması dövlətimizin siyasi iradəsinin təcəssümü, medianın inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Layihənin hazırlanmasında çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılması, 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi çox önəmlidir.
Qeyd edək ki, 1999-cu ildə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir tələblərə cavab vermir.
Yeni layihə isə media subyektlərinin dəqiq təsnifatını verir, jurnalistin sosial portretini müəyyənləşdirir, sosial şəbəkələrin və blogerlərin fəaliyyətini tənzimləyir, "vətəndaş jurnalistikası” adlandırılan və peşə deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsindən kənarda qalır, internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi olmur deyə, lisenziya almayan internet TV-lər fəaliyyətlərini maneəsiz davam etdirəcəklər, çap və onlayn medianın təsis edilməsi üçün də dövlət orqanlarından icazə tələb olunmur.
Layihədə nəzərdə tutulan Media Reyestrinin məqsədi media subyektlərinin sayını müəyyənləşdirmək, media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsini formalaşdırmaq, akkreditasiyanı daha sürətli və səmərəli həyata keçirmək, fəaliyyətini stimullaşdırmaqdır.
Digər tərəfdən, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük əsasında olacaq və media mühitini sağlamlaşdıracaq. Ən əsası isə odur ki, Medianın İnkişafı Agentliyinin jurnalist vəsiqəsi olmadan da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Media subyektləri isə öz jurnalistlərinə öz redaksiyalarının vəsiqələrini verə biləcəklər.
Layihənin tətbiqi heç bir qanuni əsas olmadan özünü media subyekti, jurnalist kimi təqdim edən, bu statusdan sui-istifadə edən şəxslərin fəaliyyətinin qarşısını alacaq, ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminat verəcək, media subyektləri arasında sağlam rəqabət formalaşdıracaq, müəlliflik hüquqlarını qoruyacaq, mediada "xəbər oğurluğu”nun qarşısını alacaq. Layihədə təsbit olunan "jurnalist” anlayışı xidməti müqavilə əsasında işləyən jurnalistləri də əhatə edəcək ki, bu da çox müsbət haldır.
Bir sözlə, yeni Qanun layihəsi informasiya mühitini milliləşdirəcək, daxili informasiya məkanının təhlükəsizliyini təmin edəcək, milli media məhsulunun istehsalını stimullaşdıracaq, yerli medianın inkişafına təkan verəcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar yaradacaq və ümid edirik ki, bu layihə rayon qəzetlərinin də inkişafına kömək edəcək.

İsaməddin Əhmədov-"Əkinçi” qəzetinin redaktoru

Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir.
Respublikamızda ölkə başçımızın rəhbərliyi ilə bütün sahələrdə islahatlar aparılır. Bu islahatların aparıldığı istiqamətlərdən biri də mətbuat sahəsidir. Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
Media haqqında qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Həmçinin, hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb.
Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir: "Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq.

Nailə Əliyeva-Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

"Media haqqında” yeni qanun: Azərbaycan mətbuatı üçün yeni üfüqlər açılır

Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümumilli lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük təlabat yaratmışdı. Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır.
Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum – Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən "Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunubdur.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir

"Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq: "İnformasiya əldə etmək haqqında qanun”, "Dövlət sirri haqqında” qanun, "Reklam haqqında” qanun – bütövlükdə bu külliyyat halında bu qanun zəngin Azərbaycan mediasını istiqamətləndirəcək, mediamızın fəaliyyət prinsiplərini müəyyənləşdirəcək”.
Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.
"Media haqqında” qanun layihəsi Azərbaycanda indiyədək tətbiq edilməmiş yeniliklərlə zəngindir: "Layihə ilk növbədə onlayn medianın hüquqi statusunun tanınması, strukturlaşması barədə təsəvvür yaratması baxımından önəmlidir. Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir və bu gün ölkəmizin media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qaldıracaq”.
Yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərədə tutur ki, bu da çox önəmli məqamdır: "Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq”.
Jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir: "Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar. Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib. Layihədə nəzərdə tutulan ən önəmli məqamlardan biri də freelancer-sərbəst çalışan jurnalistlərin hüquqlarının tanınmasıdır. Onlayn medianın inkişafı sərbəst çalışan jurnalistlərin kəmiyyətini artırıb, amma indiyədək onların hüquqları tanınmırdı. Yeni qanun bu problemi də aradan qaldırır. Bütün bunlar onu deməyə əsas verir ki, "Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir”.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür

Son dövrdə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların davamı olaraq atılan addımlar demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir. Müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: "Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir: "Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”. Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişafına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq informasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

ÖLKƏDƏ MEDİANIN İNKİŞAFINA XİDMƏT EDƏN ÖNƏMLİ TƏŞƏBBÜS

"Əkinçi” qəzeti ilə başlanan milli mətbuatımız dövlətçilik tariximizdə milli-mənəvi dəyərlərin formalaşmasında, milli şüurun inkişafında önəmli rol oynayıb. Böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə nəşrə başlayan "Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub.
Son 18 ildə Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müstəqil mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə seçilir. Görülən işlərin fonunda bir daha bu reallıq təsdiqlənir ki, Azərbaycan dövləti mətbuat orqanlarının sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə, insan hüquqlarının qorunmasına bütün imkanların yaradılmasının tərəfdarıdır.
Müstəqilliyin ilk illərindən başlaraq mətbuatın inkişafı ölkəmizin dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və mətbuatın davamlı inkişafı, mətbuat və söz plüralizmi hər zaman təmin olunur.
Media haqqında” yeni qanun layihəsi ölkədə medianın inkişafına xidmət edən önəmli bir təşəbbüsdür.
Cənab İlham Əliyev Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalamışdır. Eyni zamanda Medianın İnkişaf Agentliyinin yaradılması haqqında qanun layihəsinin hazırlanması barədə də tapşırıqlar vermişdir. Bu da milli informasiya məkanında davamlı inkişafa nail olunması üçün dövlət qarşısında əsas prioritetlərdən biri kimi qiymətləndirilməlidir. Ölkəmizdə bütün sahələrdə islahatlar həyata keçirilir və media sahəsində islahatların keçirilməsi çox önəmli idi. Təbii ki, yeni qanun layihəsinin artıq müzakirəyə çıxarılması da medianın inkişafında yeni bir mərhələyə qədəm qoyulur. Düzdür, media haqqında 1999-cu ildə qanun qəbul olunmuşdur, lakin həmin qanuna 70-dən çox dəyişikliklər edilsə də ancaq müasir çağırışların tələbləri ilə uzlaşmırdı. Bu baxımdan da yeni qanun artıq yeni çağırışlara uyğunlaşdırılıb. Bu qanun layihəsi media sahəsində yeni, müasir islahatların həyata keçirilməsinə töhfə verəcək. Çünki burada müxtəlif aspektlər müasir çağırışların tələblərinə uyğunlaşdırılmışdır. Yeni qanun layihəsi çox mükəmməl hazırlanıb və bu qanun layihəsi ölkəmizdə yeni reallığa uyğun medianın təkmilləşdirilməsinə xidmət edəcək.
Bu gün Azərbaycan mətbuatı fəaliyyətində Zərdabinin "hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” sözlərini unutmadan onun mənəvi mirasını gələcək nəsillərə uğurla ötürür. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindəki fəaliyyətində bütün mətbuat nümayəndələrinə uğurlar arzulayırıq.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

SİYASİ İRADƏNİN TƏCƏSSÜMÜ

Azərbaycanda "Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layhəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır. Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. "Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək.
Cəmiyyətdə və ictimai həyatımızın bütün sahələrində informasiyanın yeri və rolu artıqca bu münasibətərin yeni qanunlarla tənzimlənməsi də aktuallaşır.
"Media haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinin ortaya çıxması da bu zərurətdən yaranıb.
"Azərbaycan Respublikası Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, Medianın İnkişafı Agentliyinin yaradılması və "Media haqqında” qanun layihəsinin hazırlanması istiqamətində addımların atılması da tarixi inkişafımızın hazırkı mərhələsində yaranmış bu çağırışlarla ayaqlaşmaq tələbindən irəli gəlib.
İnformasiya əlahiddə bir vasitəyə çevrilib. Bu, fərdin sosial kimliyini formalşadıran əsas təsirlərdən birinə çevrilməklə bərabər, həm də sosial-siyasi münasibətlərimizin keyfiyyətini təyin edir. Belə olan halda media və ictimai məsuliyyət problemi də gündəmə gəlir. Eyni zamanda, media qurumları, yaxud təmsilçilərinin qlobal informasiya nəkanında informasiya təhlükəsizliyi kontekstində fəaliyyəti də mühüm əhəmiyyət kəsb edir. Media azadlığı və məsuliyyəti tandem təşkil etməklə yeni hüquqi bazada tənzimləmə zərurətini yaradır.
"Media haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə nəzər saldıqda bütün bunların qanun çərçivəsində xüsisi fəaliyyət kimi təşkil olunmasının hüquqi əsaslarını görürük.
Qanun nəzərdə tutduğu müddəalarla media məsuliyyətini artırır. Media reyestrinin yaradılması, jurnalist anlayışının yenidən tanınması, sosial medianın və vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda tutulması da yeni qanun layihəsinin konkret məzmun kəsb etməsi, konkret sahədə effektiv hüquqi münasibətləri tənzimləməsi baxımından əhəmiyyətlidir. Yəni yeni qanun layihəsi məzmun etibarilə əhatəli, hüquqi məntiq və texnika, konkret və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir.0

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

YENİ İMKANLAR YARADAN QANUN LAYİHƏSİ

Vətən müharibəsindən sonra fundamental islahatların yeni keyfiyyət mərhələsinin ilk olaraq medianı əhatə etməsi tədadüf deyil.
Maraqlıdır ki, ölkə Prezidenti İlham Əliyev yeni reallıqlar şəraitində ilk köklü islahatlar qərarını işğaldan azad edilmiş bölgələrimizin yeni idarəçilik sisteminin tətbiqinə və medianın hüquqi baza və praktik əsaslarının daha da möhkəmləndirilməsinə yönəltdi. Muharibədən sonra media ilə bağlı yeni dövlət qurumunun yaradılması və qanunun köklü dəyişdirilməsi milli informasiya məkanında daha dayanıqlı inkişafın təmin edilməsində dövlət başçısının qəti siyasi iradəsini bir daha nümayiş etdirdi.
"Media haqqında” yeni qanun layihəsi Azərbaycanın postmüharibə inkişaf tendensiyalarının real tələblərinə tam uyğundur. Tanınmış ekspertlər, media rəhbərləri, deputat və ictimaiyyət nümayəndələri layihə ətrafında müzakirələrə sıx şəkildə cəlb olundu. Media haqqında qanun layihəsinin misilsiz ictimai müzakirələri medianın inkişafına dövlətin prioritet baxdığını göstərir.
Azərbaycan Prezidenti media islahatlarının yeni mərhələsini başlatmaqla "güclü dövlətin mediası da güclü olmalıdır” prinsipini əsas götürdü”.
"Media haqqında” yeni qanun layihəsi müharibədən sonra dövlət-cəmiyyət, dövlət-media və media-cəmiyyət münasibətlərindəki keyfiyyət dəyişmələrinin mahiyyətindən irəli gəldi.
1999-cu ildən qüvvədə olan və saysız şəkildə dəyişdirilən KİV haqda köhnə qanun yeni reallıqların tələbinə cavab verməməklə yanaşı, mütərəqqi tendensiyaları və media innovasiyalarını tənzimləyə bilmirdi. Azərbaycan Prezidentinin dərin və hərtərəfli media islahatları platforması medianın inkişafında fərqli mərhələ açacaq.Yeni qanunun müddəaları və konsepsiyası ilk olaraq dövlət-media, media-cəmiyyət münasibətlərində hüquqi mənzərəni tam dəqiqləşdirməyə imkan verəcək.
Postmüharibə dövründə milli informasiya məkanımızın saflaşdırılması və daha etibarlı təhlükəsizlik mexanizmləri məhz yeni qanun kimi mükəmməl sənədin əsasında yaradıla bilər.
Məsuliyyətli media ənənələrinin formalaşdırılması yeni qanunun mühüm hədəflərindən biridir. Məsuliyyətli media və cəmiyyətin media savadlılığı milli informasiya məkanında davamlı inkişafın iki mühüm şərtidir. Yeni qanun məsuliyyətli media və savadlı media cəmiyyətinin formalaşdırılmasında ümidverici perspektivlər açır. Müstəqil dövlətçilik dövründə ilk dəfə olaraq bəzi mühüm media kateqoriyalarının hüquqi dəqiqləşdirilməsi aparılır. Media qurumlarının tipoloji olaraq dəqiq təsnifatlandırılması müstəqillik dövrümüzün mühüm nailiyyətlərindən biri sayılır. Jurnalist kimə deyilir, redaksiya nədir kimi suallardan tutmuş informasiyanın hüquqi mahiyyətinin dəqiq təyinatına qədər bir çox məsələlərin aydınlaşması media praktikası üçün olduqca böyük fayda verəcək. Media reyestri və vahid kartlar jurnalistlərin, medianın hüquqi və sosial müdafiə mexanizmlərini daha da təkmilləşdirməyə imkan verəcək. Çap və onlayn medianın ən sadə "start-up” fəaliyyət qaydaları yeni qanunu dünyada alternativsiz üstün mövqeyə çıxarır.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əlıiyev Mərkəzinin fond mühafizi

Medianın inkişafında yeni mərhələ

Əsası böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız hər zaman cəmiyyətin inkişafına öz töhfələrini verməklə, milli düşüncənin formalaşmasında öz müstəsna xidmətlərini göstərmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə senzuranın ləğv edilməsi haqqında fərmanın imzalanması mətbuatın inkişafında yeni mərhələnin əsasını qoymuşdu. Son illər demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçən milli mətbuatımız prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Bildiyimiz kimi Azərbaycan Respublikasının "Media haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi media sahəsində fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi , ötürülməsi qaydalarını müəyyən edir.
Sənəddə media sahəsində fikir müxtəlifliyini, fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq əsas vəzifələr kimi göstərilir.
Layihəyə əsasən bütün media sahələri vahid qanunla tənzimlənir. Eyni zamanda media sahəsində baş verən qanuna zidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi sənəddə öz əksini tapıb.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini.

"Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinə dair

Media haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Məlumat azadlığı haqqında”, "Fərdi məlumatlar haqqında”, "İnformasiya əldə etmək haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarından, media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Qanun mediailə bağlı bütün məsələləri tənzimləməklə yanaşı, eyni zamanda mühüm sivil və müasir tələbləri də özündə ehtiva edir. Belə ki, media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.
Həmçinin, dövlət orqanları, bələdiyyələr, digər təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər
Media subyektləri və jurnalistlər məlumatı verməkdən imtina edən dövlət orqanlarından (qurumlarından), bələdiyyələrdən, müəssisə və təşkilatlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən qanunla müəyyənləşdirilmiş qaydada şikayət etmək hüququna malikdir. Bütün bu yeniliklər müasir demokratik tələbləri ödəməklə bərabər, həm də media qurumlarının və bu sahə ilə məşğul olan şəxslərin hüquq və vəzifələrini müəyyən edən mühüm mexanizmdir.

Şəhla Eminova –əməkdar müəllim

Keyfiyyətli xəbər istehsalı

Müstəqillik dönəmindən başlayaraq Azərbaycan mediası aydınlığa çıxmaq yolunda irəli addımlayır. Bununla bağlı islahat prosesi başlayıb və hədəflər müəyyənləşdirilib. Bu günlərdə müzakirə mövzusuna çevrilən Media Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi medianın yenilənməsi, müasirləşməsi və dövrün tələblərin uyğun fəaliyyəti üçün əsas məqamlardan biridir. Bu gün ölkə mediasında bir çox hallarda qeyri-peşəkarlar ümumi abu-havanı korlayır, peşəkarların əməyinin qiymətini azaldır, o cümlədən, müasir dünyada mühüm olan informasiya müharibəsini axsadır.
Media Reyestrinin tərtibi və vahid jurnalist kartlarının verilməsi ilk növbədə mediadakı xaotik vəziyyətin qarşısını almağa, peşəkarlığı yüksəltməyə, yeni perspektivlərin yaranmasına imkan verə bilər. Vahid vəsiqə jurnalistlərin özü üçün əlavə imkanlar açır. Vahid jurnalist vəsiqəsi əldə etmiş jurnalistlər üçün peşəkarlığını artırmaq üçün müxtəlif inkişaf layihələrində iştirak, o cümlədən onların sosial müdafiəsinə yönəlmiş tədbirlərdən yararlanmaq şansı da mümkündür.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktor

Ölkədə medianın inkişafına xidmət edən önəmli təşəbbüs
Proseslərin inkişaf dinamikası onu deməyə əsas verir ki, müasir dünyada medianın rolu xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin media sahəsində islahatlara start verməsi gözlənilən addım idi. Görülən işlərin məntiqi nəticəsi olaraq” Media haqqında Qanun” mediamızın adekvatlıq dərəcəsini artıracaqdır. Eyni zamanda milli və dövlət maraqlarının media sahəsində nəzərə alınmasına kömək edəcəkdir. Media Agentliyinin fəaliyyəti medianın fəaliyyətinin hüquqi mexanizmlərini təkmilləşdirəcək və mediamızı təsadüfçülükdən qoruyacaqdır.
Bu qanun mediamızın fəaliyyətinin hüquqi olaraq tənzimlənməsində yeni imkanlara səbəb olacaqdır. Media haqqında qanun eyni zamanda, media sahəsində səviyyə tələbkarlığı baxımından zəruridir. Belə ki, bu və ya digər mexanizmlər ölkədə plüralizmin daha da inkişafına töhfə verəcəkdir.
Post müharibə dönəmində media ilə bağlı islahatların aparılması dövlətçilik baxımından da əhəmiyyətlidir. Müasir dünyada dövlətlər və millətlərin haqq səsi, tarixi həqiqətləri ancaq güclü media ilə dünyaya çıxa bilər. Zəruri hüquqi əsaslar, sağlam mexanizm və kadrların əzmi mediamızı daha da yüksək səviyyədə inkişaf etdirəcəkdir.

Aqil Məmmədov -Rayon Təhsil şöbəsinin baş məsləhətçisi

"Medianın inkişafında yeni mərhələ

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də "Media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb. Qeyd edək ki, yaradılmış yeni qurumun – MEDİA-nın Nizamnaməsi də təsdiq olunub.
Medianın inkişafı hər zaman ölkə Prezidentinin diqqət mərkəzində olub. Dövlət başçısı tərəfindən imzalanmış Fərman media sahəsində islahatların aparılması və yeniliklərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mediasının daha yüksək inkişafı üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı. MEDİA jurnalistika sahəsində keyfiyyət dəyişikliklərinə olan ehtiyacları tamamilə təmin edəcək. Eləcə də yeni mərhələdə peşəkarlığın artırılması istiqamətində də əsaslı addımlar atılacaq. MEDİA-nın səlahiyyətləri arasında çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək də var ki, bu da jurnalistlərin öz peşələrinə daha məsuliyyətli və peşəkar yanaşmasını təmin edəcək.
Fərmanda KİV-in fəaliyyətini tənzimləyən qanunun yenidən işlənib hazırlanması məqsədi də qoyulur. Eyni zamanda, jurnalistlərimizin peşəkarlıq səviyyəsinin daha da artırılmasında, beynəlxalq jurnalistika prinsipləri əsasında xarici ölkələrdə fəaliyyətində mühüm addımlar atılacaq. Möhtərəm Prezidentimiz hər zaman medianın inkişafını diqqət mərkəzində saxlayır. Bu tədbir də növbəti addımdır

Vüsalə Kərimova-Şəhər 1 saylı məktəb-liseyin direktoru

İslahat.az