25 Oktyabr 2021
12:49
21626

Masazırda beş yaşlı uşaq hovuzda boğuldu

Abşeronda beş yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

İslahat.az xəbər verir ki, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2016-cı il təvəllüdlü Seyid Həmidli evin həyətindəki hovuza düşərək boğulub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

İslahat.az