16 Avqust 2021
12:10
20328

“Liverpul” dünyanın ən bahalı futbolçusunu pulsuz transfer etmək istəyir

"Liverpul” PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istəyir.

İslahat.az xəbər verir ki, bu barədə "Goal” nəşri yazıb.

Nəşr iddia edir ki, ingilislər 2021-2022-ci illər mövsümünü və Mbappenin PSJ ilə müqaviləsinin başa çatmasını gözləyirlər. Bundan sonra azad agent statusu əldə edəcək futbolçu ilə transfer danışıqlarına başlamaq planlaşdırılır.

Xatırladaq ki, Kilian Mbappe "Transfermarkt” portalının versiyasına görə dünyanın ən bahalı futbolçusu hesab olunur. Onun dəyəri 160 milyon avro olaraq qiymətləndirilir.

İslahat.az