Bu gün sizə insan bədənində olan ən vacib sistemdən, yəni limfa sistemi barədə məlumat vermək istərdik. Bu sistem qan sistemi kimi görünməz və sakit işləyir.Lakin, bu sistemdə nasazlıq yarandıqda, fəsadları bütün insan orqanizmi üçün acı və agrılı ola bilər. Limfa sisteminin vücud üçün artıq dərəcədə əhəmiyyəti vardır. Bir tərəfdən hüceyrəarası sahələrdə maddələr mübadiləsindən sonra toplanmış toxuma limfasını və nazik bağırsaqlardan sorulan xilusu daşımaq ilə venoz sistemə kömək edir və digər tərəfdən limfanı düyünlərdən keçırərək zərəli maddələri və mikrobları saxlayıb vücudu mühafizə edir. Limfa sisteminin patologiyalarda da böyük əhəmiyyəti vardır, çünki xərçəng xəstəliyi və irinli proseslər limfa sistemi vasitəsilə bədənə yayılır. Buna görə cərrah bir üzvdə xərçəng xəstəliyinə görə əməliyyat edərsə həmin üzvün regionar limfa düyünlərini də çıxartmalıdır, əks surətdə limfa düyünlərində limfa vasitəsilə gətirilmiş xərçəng hüceyrələri yenə törəyib artacaqdır. Bundan başqa limfa düyünləri qan elementləri – leykositləri və limfositləri əmələ gətirir. beləliklə limfa sisteminin vəzifəsi bunlardır.