02 İyul 2021
12:40
21035

Limfa sistemi nədir?

Bu gün sizə insan bədənində olan ən vacib sistemdən, yəni limfa sistemi barədə məlumat vermək istərdik. Bu sistem qan sistemi kimi görünməz və sakit işləyir.Lakin, bu sistemdə nasazlıq yarandıqda, fəsadları bütün insan orqanizmi üçün acı və agrılı ola bilər. Limfa sisteminin vücud üçün artıq dərəcədə əhəmiyyəti vardır. Bir tərəfdən hüceyrəarası sahələrdə maddələr mübadiləsindən sonra toplanmış toxuma limfasını və nazik bağırsaqlardan sorulan xilusu daşımaq ilə venoz sistemə kömək edir və digər tərəfdən limfanı düyünlərdən keçırərək zərəli maddələri və mikrobları saxlayıb vücudu mühafizə edir. Limfa sisteminin patologiyalarda da böyük əhəmiyyəti vardır, çünki xərçəng xəstəliyi və irinli proseslər limfa sistemi vasitəsilə bədənə yayılır. Buna görə cərrah bir üzvdə xərçəng xəstəliyinə görə əməliyyat edərsə həmin üzvün regionar limfa düyünlərini də çıxartmalıdır, əks surətdə limfa düyünlərində limfa vasitəsilə gətirilmiş xərçəng hüceyrələri yenə törəyib artacaqdır. Bundan başqa limfa düyünləri qan elementləri – leykositləri və limfositləri əmələ gətirir. beləliklə limfa sisteminin vəzifəsi bunlardır.
1.Hüceyrəarası sahələrdə toxuma limfasını venoz sistemə daşımaq;
2.Nazik bağırsağın divarlarından sorulan yağları (xilusu) qan damar sisteminə daşımaqdır, 3.Limfa düyünləri süzgəc vəzifəsi görərək limfada axan zərərli maddələri özündə saxlamaq; 4.Limfa düyünlərində yeni leykositlər və limfositlər əmələ gətirmək;
5.Yeni leykositlərin fəaliyyəti ilə linfa sisteminə daxil olan mikroblar ilə – infeksiya amillərilə mübarizə etmək (faqositoz – mühafizəçi vəzifə daşımaq)
 
Ulvi  Najafov