16 Sentyabr 2022
10:56
20737

KTMT-nin əməliyyat qrupu Ermənistandadır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

İslahat.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.

Qeyd edək ki, qrup Ermənistan-Azərbaycan sərhədində vəziyyəti araşdırır.

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə genişmiqyaslı təxribat törədib. KTMT-nin Birləşmiş Qərargahının Əməliyyat qrupunun Ermənistana səfəri də bu hadisələrlə bağlıdır.

İslahat.az