2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin fəxri üzvlərinin və mükafatçılarının adları açıqlanıb.
İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin iştirakçıları arasında həkim-kosmetoloq İradə Məmmədova da yer alıb. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub, xəbəri İradə xanım özü də təsdiq edib. O gələn təbriklərə görə hər kəsə dərin minnətdarlığını bildirdiyini deyib.
Qeyd edək ki, "Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.
İslahat.az