30 Avqust 2021
15:38
21532

Koronavirusun daha bir növü aşkarlandı: "İnsanların həyatı üçün böyük təhlükədir"

COVİD-19-un daha bir növü aşkarlanıb.
 
İslahat.az bildirir ki, yeni mutanta Cənubi Afrikada rast gəlinib. 

Bu istiqamətdə ölkənin Milli Yoluxucu Xəstəliklər İnstitutu və "KwaZulu-Natal” adlı tədqiqat platforması araşdırma aparıb. Elm adamları koronavirusun yeni növünün Çinin Vuhan əyalətində müəyyən edilən növdən daha çox dəyişikliyə uğradığını deyib.

"C.1.2” adlandırılan növ eyni zamanda İngiltərə, Çin, Konqo, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrə də yayılıb. Məlumata görə, sözügedən mutant koronavirusun "Delta” və "Beta” növləri kimi sürətlə yayılır və insanların həyatı üçün böyük təhlükədir.

Həmçinin qeyd edilib ki, yeni növ "Alfa”, "Beta” və "Gama” variantlarında da görülüb.
İslahat.az