12 Avqust 2021
22:14
21900

Konfrans Liqası: "Qarabağ" AEL-i yenib pley-offa yüksəldi

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

İslahat.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Saat 20:00-da başlayan matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edib.

"Köhlən atlar"ın 3 futbolçusu - Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədə səbəbindən oynaya bilməyib. Qonaqlarda isə Entoni Georgiu koronavirusa yoluxduğu üçün görüşdən kənarda qalıb.
 
Əsasən ağdamlıların üstünlüyü şəraitində keçən matç məhsuldar alınmayıb. İkinci yarının sonlarında təzyiqi artıran Qurban Qurbanovun yetirmələri rəqib qapısına yol tapıb. Yeni transfer Kadi Borqes baxımlı vuruşla matçın taleyini həll edib. 
 
Beləliklə, Kiprdə 1:1 hesablı heç-heçə edən "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında birinci qarşılaşma Şotlandiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu

12 avqust

Qarabağ (Azərbaycan) - AEL (Kipr) 1:0 
Qol: Kadi Borqes, 87
Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun - 1:1.


Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

AEL: 1. Vozinya, 4. Andrey Teyşeyra, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 12. Stefan Sçepoviç, 13. Bruno Santos, 16. Manuel Torres, 17. Euller Silva, 20. Sito Riera, 27. Robert Mazan, 44. Kire Ristevski
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panayotis Kiriaku, 5. Tjin Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stylianos Panteli, 23. Vasilios Papafotis, 28. Konstantinos Sotiriu, 50. Andriya Maydevaç, 73. Bryan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez
İslahat.az