01 İyun 2021
15:36
12278

Komitə sədri: “Bu siyasət Ermənistanı daha ciddi dalana aparacaq”

"Biz ötən il Vətən müharibəsi zamanı həlak olan və zərər görmüş uşaqlarla bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edərək etiraf bəyanatları vermişik”. 

İslahat.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. 

Onun sözlərinə görə, bu proses hələ də davam etməkdədir: 

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bütün görüşlərində beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə, digər ölkələrdə komitə ilə paralel fəaliyyət göstərən qurumların rəhbərliyi ilə müzakirələr zamanı bu məsələni gündəmə gətirir. Ölkə daxilində və xaricində bu məsələnin qınaq obyekti olması üçün dostlarımızı da bu prosesə cəlb edirik. İndiki halda, demək olar ki, istəklərimizə nail oluruq”. 

Komitə sədri qeyd edib ki, Azərbaycanın apardığı siyasət nəticəsində nə təcavüzkarı, nə təcavüzkarlıq siyasətini, nə onun konkret nəticələrini açıq şəkildə müdafiə etmək mümkün deyil: 

"Ona görə də bu gün Ermənistan durduğu yerdədir. Hesab edirəm ki, bu siyasət onları daha ciddi dalana aparacaq”.

İslahat.az