24 Yanvar 2022
12:35
21034

KOBİA sədri: “Tezliklə Gəncədə KOB evinin açılışı nəzərdə tutulur”

"Tezliklə Gəncədə KOB evinin açılışı nəzərdə tutulur”.

İslahat.az xəbər verir ki, bu sözləri KOBİA 2021-ci il Hesabatına həsr olunmuş tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, Bakı KOB evinin yaradılması istiqamətində də danışıqlar aparılır:

"Agentliyin fəaliyyəti istiqamətində bu tədbirlər davam edəcək”.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 09.08.2021-ci il tarixli Fərmanı ilə "e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilib. Hazırda portalın fəaliyyətinin təşkili üzrə işlər davam etdirilir.

İslahat.az