12 İyun 2021
15:45
21423

Kimlərin "Son zəng"də iştirakına icazə veriləcək? - DETALLAR

Məktəblərdə keçiriləcək "Son zəng" tədbirlərinin bəzi detalları məlum olub.
İslahat.azn əldə etdiyi məlumata görə, məktəblərdə keçiriləcək tədbirlərdə yalnız 11-ci sinif şagirdləri iştirak edə biləcəklər. Valideynlər və digər siniflərin şagirdləri məktəbdə keçiriləcək tədbirdə iştirak edə bilməyəcəklər. Bununla bağlı məktəb direktorları təlimatlandırılıb. 
Qeyd edək ki, iyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.
Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə edilib.
Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən "Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.
 
İslahat.az