12 Sentyabr 2020
14:45
2911

“Keyfiyyətli təhsili təmin etmək üçün bütün zəruri addımlar atılmalıdır” - Deputat

"Yeni dərs ilinin başlanmasına saylı günlər qalıb və bu istiqamətdə ciddi hazırlıq işləri gedir. Təhsil Naziriliyi və digər müvafiq qurumlar yeni tədris ilinə hazırlıqlarla bağlı zəruri işlər görməkdədirlər”.

İslahat.az xəbər verir ki, bunu "Ölkə.Az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.

Onun sözlərinə görə, elə etmək lazımdır ki, şagirdlər və tələbələr  keyfiyyətli internetlə təmin edilsin. "Keyfiyyətli təhsili təmin etmək  üçün  bütün  zəruri addımlar atılmalıdır. Təhsil müəssisələrində sosial məsafə qorunsun, şagird və tələbələrə qoruyucu maskalardan istifadə etsin və sair”- deputat qeyd edib.

O əlavə edib ki, təhsili heç vəchlə saxlamaq olmaz: "Epidemioloji vəziyyətə uyğun addımlar atılmalıdır. Düzdür, hal-hazırda Təhsil Nazirliyi və digər müvafiq qurumlar tərəfindən vəziyyətə uyğun olaraq hər gün bu istiqamətdə müxtəlif qərarlar qəbul edilir. Lakin elə etmək lazımdır ki, şagirdlər və tələblərə təhsildən geri qalmasınlar. Ümumiyyətlə  pandemiya dövründə təhsilin davamlılığını təmin etmək üçün bir balans tapmaq lazımdır. Elə etmək laızmdır ki, həm təhsil davam etsin, həm də şagird və tələbləri, pedoqoji kollektivi epidemiyadan qoruyaq. Ona görə də bu sahədə olan bütün məsələlər diqqətlə araşdırılmalı və həllini tapmalıdır”.
 
İslahat.az