30 Dekabr 2021
12:07
21837

Kəmaləddin Heydərov yenidən seçildi

Azərbaycan Taekvando Federasiyasında hesabat-seçki konfransı keçirilib.

İslahat.az xəbər verir ki, federasiyanın prezidenti Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərov yenidən federasiyanın prezidenti seçilib.

Konfransda həmçinin Nağı Səfərov və Niyaməddin Paşayev federasiyanın vitse-prezidentləri seçiliblər. Federasiyanın Nizamnaməsinə əsasən, federasiya prezidenti daha bir vitse-prezidenti təyin etmək səlahiyyətinə malikdir. Digər vitse-prezident İcraiyyə Komitəsinin növbəti iclaslarında təyin ediləcək.

Konfransda Taekvondo Federasiyası İcraiyyə Komitəsinə də seçkilər keçirilib. Ələkbər İmaməliyev, Gündüz Abdullayev, Səməd Heydərov və Vüqar Məmmədov İcraiyyə Komitəsinə üzv seçiliblər.

Konfransda Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov çıxış edərək qurumun bundan sonrakı fəaliyyətində görüləcək işlər və qarşıdakı planlar barədə fikirlərini bildirib.

İslahat.az