28 Yanvar 2021
19:16
14137

"KAS GROUP" şirkəti “Luxury Society” layihəsində

2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin fəxri üzvlərinin və mükafatçılarının adları açıqlanıb.

İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin iştirakçıları arasında "KAS GROUP" şirkəti də yer alıb. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub, xəbəri "KAS GROUP" şirkətinin rəhbərliyi də təsdiq edib. Şirkət rəhbərliyi gələn təbriklərə görə hər kəsə dərin minnətdarlığını bildirdiyini deyib.

Qeyd edək ki, "Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.

İslahat.az