Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Qazax avtomobil yolunda baş verən qəza barədə açıqlama verib.
İslahat.az xəbər verir ki, İdarənin İctimai qurumlarla əlaqə şöbəsindən Oxu.Az-a bildirilib ki, Bakı-Qazax avtomobil yolunda eyni istiqamət üzrə hərəkət edən "Mercedes-Benz” markalı 90-OA-742 və ZİL markalı 05-BC-197 dövlət nömrə nişanlı avtomobillər toqquşub. Qəza zamanı "Mercedes-Benz”də olan üç sərnişin xəstəxanaya yerləşdirilib. Digərlərinə də ilkin tibbi yardım göstərilir. Hadisə zamanı ölən yoxdur”.
Qurumdan qeyd edilib ki, ilkin ehtimala görə, ZİL manevretmə qaydasınıpozub və "Mercedes-Benz” ona çırpılıb.
İslahat.az