08 Fevral 2021
15:30
14168

İsmayıllıda yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılıb

Fevralın 5-dən randevu götürmüş yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına start verilib.

Peyvənd vurdurmaq üçün xəstəxanaya daxil olan şəhər sakinləri əvvəlcə həkim müayinəsindən keçir və onlar barədə anamnez toplanır. İlk olaraq onların təzyiqi ölçülür, qanda oksigenin miqdarı və yanaşı xəstəliklərinin olub-olmadığı öyrənilir. Sonra peyvənd olunmağa gələn vətəndaşlar qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, lazmı qeydiyyat aparılandan sonra xüsusi ayrılmış peyvənd otağına daxil olurlar. Peyvənd vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır. Həmin müddət ərzində peyvəndin əlavə yan təsiri və allergik reaksiyası olmadıqda evə yola salınır. Peyvənd edilənlərin hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilir. 

Məlumat üçün bildiririk ki, pandemiya qaydalarına uyğun olaraq sıxlığın qarşısının alınması üçün ilkin olaraq peyvənd üçün randevu götürmüş şəhər sakinləri vaksinasiyaya edə bilər. Növbəti günlərdə digər yaşayış məntəqələrindən də randevu alan 65 yaşdan yuxarı sakinlərin vaksinasiyası davam edəcək.

Eyni zamanda hərəkət məhdudiyyəti olan vətəndaşlara evlərində səyyar vaksinasiya xidməti göstərilir.

Yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi randevu.its.gov.az saytında onlayn keçirilir. Onlayn qeydiyyatdan keçə bilməyənlər vətəndaşlar birbaşa Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsinə və yaxud yaradılmış qaynar xəttdə (Mobil/whatsapp: +994705146064, şəhər nömrələri:  02028 5 10 60, 02028 5 53 63) müraciət edə bilərlər.

Sonda vətəndaşlarımıza bildirmək istəyirik ki, 1 ildir həyatımıza daxil olub tanışlarımızı, yaxınlarımızı, əzizlərimizi bizdən ayıran və daim bizi qorxu içərisində yaşadan bu xəstəlikdən tamamilə xilas olaraq normal həyatımıza qayıtmaq üçün "Biz Birlikdə Güclüyük" şüarı ilə bir olub vaksinasiya tədbirlərində fəal iştirak etməliyik.
 
İslahat.az