Futbol üzrə Azərbaycan millisinin sabiq üzvü İlqar Qurbanov özünə yeni iş yeri tapıb.
"Azerisport” xəbər verir ki, ötən mövsümün sonunda "Sumqayıt” klubundan ayrıldıqdan sonra futbolsuz qalan Qurbanov AFFA-da işləyəcək.
O, futbol millimizin skautu təyin olunub.
Qeyd edək ki, 34 yaşlı İlqar Qurbanov Türkiyənin "Fənərbaxça” klubunun yetirməsidir. O, Türkiyədə "Sivasspor”, "Boluspor”, "Mersin İdmanyurdu”da, Azərbaycanda isə "Xəzər Lənkəran”, "Olimpik”, "Qarabağ”, "Qəbələ” və "Sumqayıt”da oynayıb.
Onu da bildirək ki, İlqar Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvlərindən olan, futbol veteranı İsgəndər Cavadovun bacısı oğludur.
İslahat.az