09 Aprel 2021
17:15
16942

İşçiyə minimum əməkhaqqından aşağı maaş verənləri hansı cəza gözləyir?

İşəgötürən işçi ilə müqavilə bağlayarkən minimum əməkhaqqından aşağı məbləğ qeyd edə bilməz.

İslahat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov "Növbətçi Müfəttiş”də çıxışı zamanı izləyicilərdən gələn sualları cavablandırarkən deyib.

 

O bildirib ki, əmək müqaviləsi bağlanılarkən minimum əməkhaqqının məbləği tam iş vaxtına və ixtisassız əməyə görə müəyyən olunur:

"Bu, 250 manatdır. İşçiyə minimum əməkhaqqından aşağı məbləğin verilməsi və müqavilədə qeyd olunması qadağandır. Bu hallara yol verən işəgötürənləri İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən 1000-1500 manat məbləğində inzibati məsuliyyət tədbiri gözləyir”.

 

İslahat.az