01 Noyabr 2021
12:24
21316

İrina Zaretskaya Çexiyada ikiqat çempion oldu

Karate üzrə milli komandamızın üzvü İrina Zaretskaya Çexiyanın Plzen şəhərində keçirilən beynəlxalq turnirin ikiqat qalibi olub.

İslahat.az xəbər verir ki, o, 68 kq çəki dərəcəsində çempion olub. Həmçinin dünya çempionu və Olimpiya mükafatçısı olan İrina mütləq çəkidə çıxışında da rəqiblərini məğlub edib.

Veronika Qaşnikova isə 47 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Qeyd edək ki, qadın karateçilərimiz beynəlxlaq turnirdə baş məşqçi Denis Morozovun rəhbərliyi altında iştirak edib.

İslahat.az