16 Sentyabr 2021
13:12
24153

İran səfiri Hikmət Hacıyevlə ikinci dəfə görüşdü

"Bu həftə ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu". 
 
İslahat.az xəbər verir ki, bu barədə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi twitter hesabında yazıb. 

"Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və digər maraqlandıran məsələləri nəzərdən keçirdik", - deyə səfir bildirib.
 
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də  İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.

Qeyd edək ki, son günlərdə Azərbaycan tərəfi Ermənistana qanunsuz mal daşıyan İran maşınlarını və sürücülərİ saxlayıb. 
 
İslahat.az