22 Sentyabr 2021
12:24
23688

“Çip” böhranı dərinləşir - 21 həftəyə…

Avtomobil və elektron avadanlıqlar istehsalı sahəsində yarımkeçiricilərlə ("çip”) təminatda yaranan böhran bir qədər də dərinləşib. "Çip” sifariş edən firmalara istehsalçılar tərəfindən malların tədarük müddəti 21 həftəyə (5 ay) qədər uzanıb. 

İslahat.az "Bloomberg”ə istinadən xəbər verir ki, beynəlxalq bir şirkət tərəfindən aparılan araşdırmaya görə "çip” sifarişlərinin icra müddəti avqustda iyula nisbətən 6 gün uzanaraq 21 həftəyə çatıb. Şirkət qeyd edib ki, bu müddət 2017-ci ildən bəri ən uzun müddətdir. 

Sifarişlərin icra müddətinin uzanması avtomobil və elektron avadanlıqlar istehsalı sahələrində böyümə imkanlarını məhdudlaşdırır. Yaranmış vəziyyətdə şirkətlər daha az məhsul istehsal etməli olurlar. 

Şirkət rəsmiləri hesab edir ki, "çip” tədarükünün uzanması ehtiyat hissəslərinin qiymətlərinin artmasına, ehtiyat hissələrinin bahalaşması isə öz növbəsində yeni istehsal edilən avtomobillərin və elektron avadanlıqların bahalaşmasına səbəb olmaqdadır.
 
İslahat.az