22 May 2019
20:56
1345

“İnsan Mühəndisliyi” proqramı MÜKAFATLANDIRILDI (FOTOLAR)

İslahat.az xəbər verir ki, "Park İnn" oteldə "Caspian Awards" mükafatlandırma mərasimi baş tutub. İncəsənət xadimləri, görkəmli şəxslər, şirkətlər, ictimai xadimlər, idmançılar, aktyorlar, iş adamları kimi nüfuzlu şəxslər gecədə iştirak ediblər.

"İnsan Mühəndisliyi” proqramı "Caspian Awards” 2019 Mükafatına "Peşəkar Təlim Proqramı” olaraq layiq görülüb.

Rövşən Nəcəfov "İnsan Mühəndisliyi” proqramının müəllifidir. "İnsan Mühəndisliyi” proqramı insanı enerji, fikir və beyin olaraq 3 hissədə təyin edir. "İnsan Mühəndisliyi” fərdi və ya qrup formatında müxtəlif inkişaf fəaliyyətləri təqdim edən və psixoloji xidmətlər göstərən proqramdır.

"İnsan Mühəndisliyi” proqramı psixoterapiya, karyera quruculuğu, motivatorluq, şəxsi inkişaf təlimləri, seçim konsultasiyası, fikir təmiri, özünü kəşf və sosial iş xidmətlərini təqdim edir.

"Caspian Awards” mükafatlandırma mərasiminin keçirilməsində əsas məqsəd müxtəlif peşə sahiblərinə motivasiya vermək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

Mükafatlandırma gecəsində il ərzində fərqlənən, yadda qalan və daha çox izlənilən, ictimai fəaliyyəti ilə fərqlənən şəxslər və şirkətlər təltif edilib.

"Caspian Awards" 2019 Mükafatlandırma gecəsinin aparıcısı əməkdar artist Elnur Kərimov olub. Layihənin rəhbərləri: Ayaz Məmmədov və Tural Ələkbərov.

İslahat.az