30 May 2020
15:43
391

Çinli alimlərin ABŞ-a girişinə qadağa qoyuldu

ABŞ prezidenti Donald Tramp Çinin elm adamları və tələbələrinin ABŞ-a daxil olmasını qadağan edən sərəncam imzalayıb.

İslahat.az xəbər verir ki, qadağa Çinin müdafiə sektoru ilə əlaqəsi olan aspirantlara və elmlər doktorlarına şamil ediləcək.

Sənəddə Çin tərəfinin ABŞ maraqlarına, xüsusən də Birləşmiş Ştatların gizli texnologiyalarının əldə olunmasına təhdid edə biləcək kampaniya apardığı bildirilib.
 
İslahat.az