30 Aprel 2021
18:27
13366

İlham Əliyev külək elektrik stansiyasının tikintisi ilə bağlı müqaviləni təsdiqlədi

Prezident İlham Əliyev qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi üçün Azərbaycan Respublikası Hökuməti adından imzalanmış müqavilənin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

 

Bununla bağlı prezident.az məlumat yayıb. 

Sərəncamla Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2020-ci il dekabrın 29-da imzalanmış "Azərbaycan Respublikası Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Azərbaycan Respublikasında Ərazi 1 və Xızı 3 Külək Enerjisi Layihəsi haqqında İnvestisiya müqaviləsi” təsdiq edilib.

 

İslahat.az