16 İyun 2022
16:16
17267

İlham Əliyev Gürcüstan prezidenti ilə görüşdü

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

İslahat.az xəbər verir ki, görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.

İslahat.az