15 Yanvar 2021
14:44
15757

İlham Əliyev: “Ermənilər bir də ayılıb gördülər ki, azərbaycanlılar Şuşanın yaxınlığındadır” - VİDEO

Birinci-vitse prezident Mehriban Əliyeva "Instagram” hesabında Şuşaya səfəri ilə bağlı video paylaşıb. 

Videoda dövlət başçısı avtomobili idarə edərək, Azərbaycan Ordusunun qəhrəmanlığı haqqında danışıb:

 

"Bu yol bizi Füzulidən Şuşaya aparır. Bu yol qələbə yolu adlandırılır. Çünki bizim qəhrəman əsgər və zabitlərimiz bu ərazidən keçərək, Şuşaya yaxınlaşıb və Şuşanı işğalçılardan azad ediblər. Ermənilər bizim bu tərəfdən gözləmirdilər. Onların ağlına belə gələ bilməzdi ki, bu yoldan Azərbaycan Ordusu keçə bilər. Onlar bizi başqa yerdən gözləyirdilər və orada möhkəm istehkamlar qurmuşdular. Biz isə həm o istiqamətdə müəyyən manevrlər etmişdik, amma əsas bizim Şuşaya gedən yol bax bu yoldur. Ermənilər bir də ayılıb gördülər ki, azərbaycanlılar Şuşanın yaxınlığındadır. Gözlərinə inana bilmədilər. On kilometrlərlə ölçülən bu məsafəni bu dağlardan, dərələrdən, meşələrdən keçərək, qət etmək böyük qəhrəmanlıqdır. Biz ağır texnikanı gətirə bilməmişik. Ancaq yüngül silahlar, qəhrəmanlıq, əsgər və zabitlərimizin fiziki hazırlığı, mənəvi gücü, iradəsi, vətən sevgisi bizi bu yollarla müqəddəs yerimiz olan Şuşaya apardı”.