23 Sentyabr 2021
14:54
23309

İlham Əliyev Dövlət Agentliyinə altı milyon manat ayırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

İslahat.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin altı milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

İslahat.az