16 Sentyabr 2021
11:34
23183

İbrahim Tatlısəs 12 ildən sonra konsert verəcək

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 12 ildən sonra konsert proqramı ilə çıxış edəcək.

İslahat.az xəbər verir ki, keçirdiyi çətin 9 ildən sonra Star TV ekranlarında "İbo Şou” ilə geri dönüş edən məşhur indi də açıq havada konsert verməyə hazırlaşır.

63 yaşlı Tatlısəsin konsertinin sentyabrın 23-də İstanbulda "Kuruçeşme Sahnesi”ndə keçirilməsi planlaşdırılır.
 
İslahat.az