07 İyun 2022
11:36
18119

Hikmət Hacıyev Türkiyənin ABŞ-dakı səfiri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

İslahat.az xəbər verir ki, bu barədə Türkiyənin Vaşinqtondakı səfirliyinin "Twitter" səhifəsindəki paylaşımda qeyd olunub.

"Səfir Hasan Murat Mercan Azərbaycan Prezidentinin köməkçisi ilə görüşdü. Onlar iki qrdaş ölkə arasında münasibətləri bir daha təsdiq edib, regional məsələlər ətrafında fikir mübadiləsi apardılar”,- deyə paylaşımda qeyd olunub.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.

İslahat.az