17 Yanvar 2022
11:49
22244

Hərbi qulluqçumuz həlak oldu - Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

İslahat.az xəbər verir ki, bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik".

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

İslahat.az