30 İyun 2020
10:28
323

Gürcüstanda koronavirusa yoluxanların sayı 928-ə çatıb

Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 928-ə çatıb. Onların 794-ü sağalıb, 15-i isə vəfat edib.

Hazırda ölkə üzrə karantində saxlanılanların sayı 2 809, stasionar nəzarətdə olanların sayı isə 229 nəfər təşkil edir.

İslahat.az