10 İyul 2020
11:05
357

Gürcüstanda koronavirusa yoluxanların sayı 973-ə çatdı

Gürcüstanda daha 5 nəfərə koronavirus diaqnozu qoyulub.  

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 973 nəfərə çatıb. Onların 846-sı sağalaraq evə buraxılıb, 15-i isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 4 851, stasionar nəzarətdə isə 231 nəfər saxlanılır. Xaricdə virusa yoluxan 31 Gürcüstan vətəndaşı da vətəndə müalicə olunur.
 
İslahat.az