29 İyun 2020
11:14
427

Gürcüstanda koronavirusa yoluxanların sayı 926-ya çatdı

Gürcüstanda koronavirusa 2 yeni yoluxma halı qeydə alınıb, daha 6 nəfər sağalıb.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, indiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların sayı 926-ya, sağalanların sayı isə 791-ə çatıb. Xəstəlikdən vəfat edən şəxslərin sayı isə 15 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 2 819, stasionar nəzarətdə isə 230 nəfər saxlanılır. Aktiv koronavirus xəstələrinin sayı isə 120-dir.
 
İslahat.az