30 May 2020
10:44
299

Gürcüstanda koronavirusa yoluxanların sayı 757-yə çatdı

Gürcüstanda son sutka ərzində koronavirusa 11 yeni yoluxma halı təsdiqlənib.

İslahat.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 757-yə çatıb. Onların 600-ü sağalıb, 12-si isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 2 966, stasionar nəzarətdə isə 250 nəfər saxlanılır.
 
İslahat.az