21 İyul 2021
14:22
18721

Gürcüstanda azərbaycanlı ailəyə silahlı basqın olub, ölənlər və yaralananlar var

Gürcüstanın Marneuli yrayonunun azərbaycanlıların yaşadığı Yuxarı Saral kəndində qətl hadisəsi baş verib.
Silahlı şəxs bir ailəyə basqın edib.
Hadisə zamanı iki nəfər ölüb, digər iki nəfər isə ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Silahlı insidentin səbəbi hələ məlum deyil.
Qətli törədən şəxsin artıq saxlanıldğı bildirilir.
İslahat.az