01 Aprel 2022
12:44
21163

Goranboyda Vətən müharibəsi şəhidinin ad günü qeyd edildi

II Qarabağ-Vətən müharibəsi şəhidi, Goranboy rayonu Rəhimli kəndindən Məmmədov İbrahim Nadir oğlununad günündə ailəsi ziyarət edildi. Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun baş axundu, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

İslahat.az "Yeni Gündəm”-ə istinadən xəbər verir ki, deputatşəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.

Şəhidin anası Sveta xanım bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısıcənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.

İslahat.az