17 Yanvar 2021
21:37
12556

"GOLD CONSTRUCTION 2020" şirkəti “Luxury Society” layihəsində

2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin fəxri üzvlərinin və mükafatçılarının adları açıqlanıb.

İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin iştirakçıları arasında "GOLD CONSTRUCTION 2020" şirkəti də yer alıb. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub, xəbəri "GOLD CONSTRUCTION 2020" şirkətinin rəhbərliyi də təsdiq edib. Şirkət rəhbərliyi gələn təbriklərə görə hər kəsə dərin minnətdarlığını bildirdiyini deyib.

Qeyd edək ki, "Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.

İslahat.az